Sahib Atakişiyev Ukraynadakı döyüşlərdə öldürüldü - FOTO

Sahib Atakişiyev Ukraynadakı döyüşlərdə öldürüldü - FOTO
10:12 17 Mart 2017
222 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna azərbaycanlı qəhrəmanı ilə vidalaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ukrayna ordusunda xidmət edən çavuş Sahib Atakişiyev Məhərrəm oğlu Donetsk vilayətində ATO (anti-terror əməliyyatı) dəstəsi ilə birgə keçirilən əməliyyat zamanı həlak olub.

Onunla vidalaşmaq üçün hakimiyyət nümayəndələri, ATO-nun üzvləri və məktəblilər Svatova kəndində bir araya gəliblər. Kənd nümayəndəsi Sahib Atakişiyevin azərbaycanlı olmağına baxmayaraq, Ukraynaya bağlı olduğunu, onun uğrunda canından keçdiyini xüsusi qeyd edib və "Bizim əsgərimiz, torpaqda rahat yat. Biz həmişə səni yad edəcəyik" deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/527024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR