x
Loading...
.

Bazarlardakı bu qidalar zəhərlidir

Ən təmiz qidaların belə tərkibində kimyəvi təsərrüfat dərmanlarından biri mütləq var. Kimyəvi kənd təsərrüfatı dərmanları köklük, parkinson, sonsuzluq və şəkərli diabet kimi xəstəliklərə səbəb ola bilir.

Metbuat.az məlumat verir ki, Amerika Kənd Təsərrüfatı Nazirliyinin 48 ən məşhur meyvə və tərəvəzdən aldığı 36 mindən çox nümunə üzərində apardığı araşdırmanın nəticəsində, çiyələyin ən zəhərli meyvə olduğu sübut olunub. Tək bir çiyələkdə iyirmi fərqli kənd təsərrüfatı dərmanı tapılıb.

Araşdırmaya görə, tərkibində ən çox kənd təsərrüfatı dərmanları olan meyvə və tərəvəzləri təqdim edirik:

  • Çiyələk
  • İspanaq
  • Alma
  • Armud
  • Üzüm
  • Kərəviz
  • Kartof
  • Pomidor
  • Şaftalı
  • Albalı və gilas

Tərkibində ən az kənd təsərrüfatı dərmanları olan meyvə və tərəvəzlər:

  • Təzə qarğıdalı (sütül)
  • Avokado
  • Ananas
  • Kələm
  • Soğan
  • Donmuş əkin noxudu
  • Qulançar
  • Mango
  • Badımcan
  • Yemiş

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR