Azərbaycanlı aktrisa Prezident Sarayında Ərdoğanla - FOTO

Azərbaycanlı aktrisa Prezident Sarayında Ərdoğanla - FOTO
10:57 17 Mart 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan əməkdar artist Məlahət Abbasova Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın təşkil etdiyi gecəyə qatılıb.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, iş xanımlarının, sənət adamlarının və idmançıların qatıldığı ziyafət Prezident Sarayında baş tutub. M.Abbasova Ə.Ərdoğanla fotolarını sosial şəbəkədə paylaşıb. 

Təəssüratlarını bölüşən aktrisa bildirib ki, birinci xanımla çoxlu söhbət edib:

"Tək azərbaycanlı aktrisa olaraq bu gecəyə dəvət olunmağım qürurvericidir. Çox gözəl söhbətimiz oldu. Həm TRT1-də yayımlanan "Sevda kuşun kanadında" serialından, həm də teatrdakı işlərimizdən söhbət etdik. Ən önəmlisi isə səhnələşdirdiyim "İblis" əsərinin təqdimatına mütləq gələcəyini söylədi. Söhbət üçün hörmətli Əminə Ərdoğana həm sənət insanı olaraq, həm də ölkəm adına təşəkkür edirəm".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/527038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR