“Azərbaycan dünyanın ən güclü heyətinə qarşı oynayacaq” – Dmitri Nazarov

“Azərbaycan dünyanın ən güclü heyətinə qarşı oynayacaq”   – Dmitri Nazarov
11:57 17 Mart 2017
122 İdman
Ölkə mətbuatı
A- A+

“Almaniya ilə oyunda stadion azarkeşlərlə tam dolacaq. İnanılmaz atmosfer olacaq. Mən bu oyuna xüsusi yanaşıram. Bizim üçün bundan yaxşı matç ola bilməz”.


Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri millimizin futbolçusu Dmitri Nazarov DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun öncəsi deyib.


Sözügedən ölkənin 2-ci bundesliqa klubu "Aue"də çıxış edən 26 yaşlı hücumçu Almaniyanın istənilən vəziyyətdə yaxşı oyun göstərdiyini bildirib: "Biz başa düşürük ki, dünyanın ən güclü heyətə malik komandasına qarşı oynayacağıq. Rəqibin çalışdırıcı Yoahim Löv dünyanın ən yaxşı məşqçisidir. Buna baxmayaraq, bütün rəqiblərə qarşı yaxşı oynamaq lazımdır. futbolda hər şey mümkündür".


D.Nazarov millimizin baş məşqçisi Robert Prosineçkinin ona Almaniya ilə oyunda şans verəcəyinə inandığını söyləyib: “Bilirəm ki, o, mənim Almaniyada oyunlarımı yaxından izləyir. Onunla daim əlaqə saxlayırıq".


Qeyd edək ki, Azərbaycan - Almaniya görüşü martın 26-ı keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycan-dunyann-n-guclu-heytin-qar-oynayacaq-t56978.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR