Yardımlıda güclü yanğın olub, fərdi ev və tövlə yanıb

12:47 7 Yanvar 2015
116 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 12:41 ]


Yardımlı. Ağəddin Babayev - APA. Yardımlıda güclü yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə yanvarın 7-də saat 7.00 radələrində rayonun Şəfəqli kənd sakini, 1936-cı il təvəllüdlü Səmayə Xudakərim oğlu Məmmədova məxsus fərdi yaşayış evində qeydə alınıb.

 

Yanğın şiddətlənərək daha sonra qonşuluqda yaşayan 1970-ci il təvəllüdlü Bəxtiyar Qurbanqulu qızı Hüseynova məxsus tövləyə keçib. Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların  səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

 

Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 120 kv. m olan birmərtəbəli 4 otaqlı ev içindəki məişət avadanlıqları ilə, ümumi sahəsi 60 kv. m olan tövlədəki 2,5 ton ot bağlamasının 500 kiloqramı yanaraq yarasız vəziyyətə düşüb.

 

İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368255

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR