"Qarabağ"ın forvardı: "Mənə şans vermədilər"

"Qarabağ"ın forvardı:  "Mənə şans vermədilər"
12:27 17 Mart 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın hücumçusu Dino Ndlovu ölkəsinin mətbuatına danışıb. Fanat.az xəbər verir ki, 27 yaşlı forvard CAR millisinə dəvət almamasından gileylənib:


“Yığmada oynamaq qürurverici hissdi. Həmişə milli formanı geyinməyimlə qürur duymuşam. Dəvət almayanda üzülürəm. Ötən mövsüm oynadığım klubun heyətində qolları sıralasam da, yaddan çıxdım. Başqa futbolçulara verilən şansı mənə çox gördülər. Ancaq keçmişlə yaşamıram. Gələcəyə baxmaq lazımdı. Yığmamızın yeni baş məşqçisinin kim olacağı mənə də maraqlıdı. Söylədiyim kimi, çağırsalar böyük həvəslə o formanı yenidən geyinərəm”.

 

Dino “Qarabağ”dan da danışıb: ““Qarabağ”a gec qoşulduğuma görə arzulanan sayda qol vurmadım. Mövsüm ərəfəsindəki təlim-məşq toplanışında olmamışam. Ancaq hər şey yaxşıya doğru gedir. Son turda da fərqlənmişəm ( AZAL-la oyunu nəzərdə tutur). Klubuma qatıldığı turnirlərdə uğur qazandırmaq üçün bacardığımı əsirgəməyəcəm”.

 

Qeyd edək ki, Ndlovu bu mövsüm Premyer Liqada 17 matça çıxıb və  6 dəfə rəqib qapıçıları məyus edib.

 



Fanat.Az

 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-forvard-t56981.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR