"Hoqqa" Qəbələdə

"Hoqqa" Qəbələdə
12:33 17 Mart 2017
Ölkə mətbuatı
A- A+

Novruz bayramı ərəfəsində yerli qonaqların Qəbələdə daha səmərəli istirahətini həyata keçirmək üçün Qəbələdə yerləşən Qafqaz Otelləri “Soy production”un hazırladığı komediya filmi “Hoqqa”nın premyerasını keçirəcək.

“Gilan Hospitality Group”dan Publika.az-a verilən məlumata görə, filmin nümayişi Qafqaz Resort Otelində yerləşən kino zalında 18,19, 20, 22, 23, 24 və 25 Mart tarixlərində 15:00 və 20:00 seansları ilə nümayiş olunacaq. Filmin baş qəhrəmanlarının öz tamaşaçıları ilə görüşü üçün Qəbələyə səfəri də nəzərdə tutulur.

77 dəqiqəlik filmin ssenari müəllifi və baş prodüseri Fariz Əliyev, layihə rəhbəri Oqtay Əliyev, rejissoru isə Cavid Təvəkküldür. Filmin çəkilişləri Qubanın bir neçə kəndində baş tutub. Baş rollarda Dilarə Əliyeva, Elməddin Cəfərov, eləcə də Cəfər Namiq Kamal, Vüsal Murtuzəliyev, Nofəl Şahlaroğlu, Rauf Şahsuvarov və başqaları çəkilib.

Filmin baş qəhrəmanı Dilarə Əliyeva filmin mövsümün ən gülməli filmi olacağına inandığını deyib.

“Film boyunca tamaşaçıların diqqətini çəkən aforizmlər və çox maraqlı replikalar var. Hansı ki, onlar insanların gündəlik həyatında istifadə edə biləcəyi aktual aforizmlərə çevriləcək”

Gilan Hospitality Group Azərbyacanda qonaqpərvərlik və turizm sahəsində idarəçilik xidməti göstərən şirkətdir. Şirkətin tabeçiliyində olan otellər qrupu Azərbaycanın əsas turizm mərkəzləri olan Bakı,Qəbələ və Lənkəranda yerləşir.

Gilan Hospitality Group tərəfindən idarə olunun otel fəaliyyəti 3 qrupa bölünür: şəhər otelləri, rezort otellər və butik otellər. Bunlarla yanaşı, GHG-nin portfelinə Termal oteli də daxildir. Qrupun ölkənin müxtəlif regionlarında 1000-dən artıq işçisi vardır ki, bu da güclü social-iqtisadi inkişafa təsir deməkdir. Şirkətin idarəçiliyində olan otellər “Qafqaz Hotels&Resorts” brend adı altında fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/191721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR