"Qəbul imtahanlarının qiymətləri ilə bağlı araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmirlər"

"Qəbul imtahanlarının qiymətləri ilə bağlı araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmirlər"
13:12 17 Mart 2017
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəbul imtahanlarının qiymətləri ilə bağlı Tarif (Qiymət) Şurasına Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bir neçə layihə təqdim edilmişdi. Qəbul imtahanlarının Tarif Şurası tərəfindən təsdiqlənən qiymətləri də DİM-in verdiyi layihələr sırasında var idi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu DİM-nin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

DİM-in hazırkı qaydalarla ilk dəfə bu il imtahan keçirəcəyini xatırladan M.Abbaszadə deyib ki, imtahanların təşkili ilə bağlı müəyyən məbləğ onlara dövlət tərəfindən veriləcək: "Biz müəyyən məbləği hökumətdən gözləyirik. Bu məbləğlə əlaqədar hökumətə o zaman müraciət edə bilərik ki, Prezidentin sərəncamı ilə dövlət hesabına qəbul imtahanlarında pulsuz iştirak edəcək abituriyentlərin sayını bilək. Sənəd qəbulu bitdikdən sonra biz hökumətə müraciət edərək deyə bilərik ki, bu sayda abituriyentin pulunu DİM-ə ödəməlisiniz. Pul köçürmələri müəyyən vaxt tələb edir. Təbii ki, həmin məbləğ bizə əvvəlcədən daxil olsaydı, daha yaxşı olardı".

M.Abbaszadə deyib ki, maliyyələşdirmə yolunun dəyişməsindən asılı olmayaraq, qəbul imtahanlarının keyfiyyəti dəyişməyəcək: "İmtahan yenə də həmişəki keyfiyyətlə, bəlkə də daha yaxşı keçiriləcək. Amma gələn il pulun bizə necə və nə qədər daxil olduğunu bildikdə imtahanın aparılma şəraitini, keyfiyyətini də yaxşılaşdıra biləcəyik. Keyfiyyət dedikdə isə onu nəzərdə tuturam ki, hər bir stolun arxasında bir abituriyent otursun. Təbii ki, bu, daha çox vəsait və auditoriya tələb edir. Bu istiqamətdə işlər aparacağıq".

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğuna qəbul imtahanlarının ödənişləri hələ dəqiqləşdirilməyib.

Onun sözlərinə görə, dövlət qulluğuna dair bəzi qaydalar təsdiqlənsə də, müsahibə ilə əlaqədar qaydalar təsdiqlənməyib: "İndi müsahibə ilə əlaqədar qaydaların təsdiqlənməsi gözlənilir. Qaydalar təsdiqləndikdən sonra imtahanların qiymətləri ilə bağlı Tarif (Qiymət) Şurasına müraciət ediləcək".

M.Abbaszadə DİM-in gəlirləri haqqında yazılanlara da münasibət bildirib: "Hansısa ekspertlərin arayışına əsasən, DİM-in imtahanlardan əldə etdiyi gəlirlər hesablanaraq ictimaiyyətə təqdim olunub. Maraqlıdır ki, daxil olan və xərclənən məbləğ nəyə istinadən verilib? Ümumiyyətlə, daxil olan məbləğin hamısı gəlir ola bilməz. Yazıdan məlum olur ki, araşıdırma aparan şəxslər heç vurma cədvəlini bilmir, həm də adi riyazi əməliyyatı aparmağı bacarmırlar. Hətta özlərinin yazdığı hesablamarda belə "5+2" əməlinin cavabını 9 kimi qeyd edirlər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR