x
Loading...
.

Metroda konsert olacaq

Metroda konsert olacaq
13:13 17 Mart 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 20-dən 23-dək metropolitenin sərnişin axını daha çox olan bir neçə stansiyasının vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a veridiyi məlumata görə, məqsəd metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etməkdir.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:15-13:45;
- “28 May” stansiyası – saat 13:15-14:45;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR