x
Loading...

Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı

Bakıda şok hadisə: Kişi bir evdə bir-birindən xəbərsiz iki arvad saxladı
13:42 17 Mart 2017
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda Hollivud filmlərinə bənzər hadisə baş verib. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini qeyri-rəsmi olaraq birlikdə yaşadığı Əfsanə adlı xanımı evə gətiriərək onu qonşulara və qohumlarına qulluqçu kimi qələmə verib. Hətta oğlanın anası və bacısı da qohumlara qız evin gəlini deyil, evlərinin qulluqçusu olduğunu bildiriblər. Bir müddətdən sonra qadın hamilə qalıb və bir qız övladı dünyaya gətirib. Sonradan oğlan başqa bir qadınla evlənərək rəsmi nikaha daxil olub. Bu qadın da bir müddət sonra dünyaya bir qız övladı gətirib. Yoldaşı, qayınanası və baldızı tərəfindən yeni gələn gəlinə də Əfsanənin evin qulluqçusu olduğu deyilir. Bu qadınla bütün ailə üzvləri çox pis rəftar edib, onu döyüb və qulluqçu kimi işlədiblər.
 
Təxminən 2-3 ay əvvəl evin nikahlı xanımı ondan gizlədilən həqiqətləri öyrənib və övladını da götürüb ata evinə qayıdıb. Bundan hiddətlərnən oğlan nikahsız yaşadığı qadını övladı ilə birlikdə özünün Bakı ətrafında yerləşən bağ evinə apararaq orada bir müddət qadının iradəsinin əksinə olaraq məcburi saxlayaraq, döyüb və işgəncə verib. O, qadına rəsmi nikahda olduğu xanımını qaytarmaq üçün yalan danışmağı və həqiqətən, evin qulluqçusu olduğunu söyləməsini tələb edib. Günahlandırılan şəxs qadına işgəncə verməklə kifayətlənməyərək öz doğma övladına da əziyyət edib. Belə ki, atası onu döyərək saçlarını kəsib.

Uzun müddət işgəncələrə məruz qalan qadın çətinliklə də olsa övladı ilə birlikdə oradan qaçıb qonşulara sığınmağı bacarıb. Qonşular qadının vəziyyətini görərək təcili tibbi yardıma və polisə müraciət ediblər.

Yalnız bundan sonra qadın Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sığınacağına yerləşdirilib.       

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR