Siyavuş Novruzov: “Vətəndaşı soymaq olmaz”

Siyavuş Novruzov: “Vətəndaşı soymaq olmaz”
14:13 17 Mart 2017
109 Ölkə
Ölkə mətbuatı
A- A+

“Qiymət artımı təkcə Azərbaycanda deyil, digər ölkələrdə də var. Qiymətlərin artması təbiidir, amma süni şəkildə artımın qarşısını almalıyıq”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

Komitə sədri deyib ki, vətəndaşların əziyyət çəkməməsi üçün süni qiymət artımının qarşısı alınmalıdır:

“Nazirlər Kabinetinin fəaliyyəti qənaətbəxşdir. Dünyada böhran baş verir, Azərbaycanda isə xeyli iş görülüb”.

S.Novruzov həmçinin qeyd edib ki, banklar dollar depozitini 3 faizlə götürür, vətəndaşa isə 24 faizlə verir:

“Vətəndaşın bu kreditləri qaytarması çətindir. Onlar hansı əsasla bunu edirlər? Vətəndaşı soymaq olmaz. Belə olanda vətəndaş hüquq-mühafizə orqanları ilə qarşı-qarşıya qalır. Prezident İlham Əliyevin dediyi kimi, hər şey vətəndaş üçün olmalıdır. Vətəndaşı niyə qorumamalıyıq?”

S.Novruzov özəl sektorda çalışan insanların da ixtisara salındığını söyləyib:

“Onların maaşları azaldılır. Bunun qarşısı alınmalıdır. Biz əvvəlcə həmin şirkətlərin vergi sisteminə baxmalıyıq, ona şərait yaratmalıyıq. Sonra da soruşmalıyıq ki, vətəndaş niyə ixtisara düşür, əvvəllər aldığı maaşı niyə ala bilmir? Bu məsələyə ciddi diqqət yetirmək lazımdır və məsələlər tələb formasında qoyulmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/191744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR