Çinli gimnast Dünya Kubokunda birinci yer tutmağa iddialıdır - FOTO

Çinli gimnast Dünya Kubokunda birinci yer tutmağa iddialıdır - FOTO
14:32 17 Mart 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

Çinli gimnast Senyu Vanq idman gimnastikası üzrə Dünya Kubokunda birinci yer tutmağa iddialıdır.

Milli.Az xəbər verir ki, gimnastın Trend-ə bildirdiyinə görə, o, tir üzərində öz çıxışından tam razı qalmayıb: "Amma ümid edirəm ki, müxtəlif hündürlüklü qollarda yaxşı çıxış edərək finala çıxacağıma və birinci yer tutacağıma ümid edirəm".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək.
Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR