Deputat: “Cocuq Mərcanlıya qayıtmaq üçün müraciət edənlərin sayı 200-ü ötüb”

Deputat: “Cocuq Mərcanlıya qayıtmaq üçün müraciət edənlərin sayı 200-ü ötüb”
16:48 17 Mart 2017
134 Digər
Ölkə mətbuatı
A- A+

“Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edən məcburi köçkünlərin sayı 200-ü ötüb”.

Publika.az xəbər verir ki, Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şaverdiyev parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Deputat deyib ki, müraciət edənlərin əksəriyyəti Cocuq Mərcanlı kəndinin sakinləridir:

“Sağ olsun ki, dövlətimiz qaçqın və məcburi köçkünlərə böyük dəstək verir. Ötən ilin aprel ayında baş verən döyüşlər də Azərbaycan ordusunun gücünü bir daha göstərdi. Mən hesab edirəm ki, Cocuq Mərcanlı kəndində tikilən evlərin sayı artırılmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR