Gəncədə dəhşətli qəza: ölən və yaralanan var

Gəncədə dəhşətli qəza: ölən və yaralanan var
16:52 17 Mart 2017
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi Prospektində, köhnə Şəmkir avtovağzalın yaxınlığında baş verib. Beləki yüksək sürrətlə hərəkətdə olan "VAZ -21099" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı səkiyə çırpılıb, daha sonra isə aşıb.

Qəza nəticəsində sürücü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527243.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR