İlham Əliyev Macarıstan prezidentini təbrik etdi

İlham Əliyev Macarıstan prezidentini təbrik etdi
17:13 17 Mart 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Macarıstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Macarıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın dinamik və hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/191772.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR