Bakı Dövlət Universitetində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Universitetdən Publika.az-a verilən məlumata görə, rector Abel Məhərrəmov bayram münasibəti ilə universitetin müəllim-tələbə heyətini təbrik edib, xalqımızın milli dəyərlərə önəm verməsi baxımındanNovruzun keçirilməsinin əhəmiyyətini qeyd edib.
Daha sonra Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin təqdimatında yeddi regionda - Qarabağ, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Şirvan, Lənkəranda Novruz bayramının qeyd olunmasını əks etdirən səhnəciklər, adət-ənənələr nümayiş etdirilib, dərnəyin üzvləri, Asəf Zeynallı adına musiqi kollecinin tələbələrinin təqdimatında muğam ifa edilib.
Tədbir Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchestra”
gənclər kamera orkestrinin çıxışı ilə davam edib. Bədii rəhbəri
Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın xalq
artisti Fərhad Bədəlbəyli, direktoru adıçəkilən Akademiyanın
Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə direktoru Yeganə
Axundova, baş drijoru Fuad İbrahimov olan orkestrin ifasında Qara
Qarayevin "Adajio və rəqs", Fikrət Əmirovun “Min bir gecə”
baletindən “Şəhrizadın bayramı”, Astor Piatsollanın
“Fuqa-misterio”, Niyazinin “Qaytağı”, Aqşin Əlizadənin “Cəngi”
əsərləri səsləndirilib.