Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib
17:24 17 Mart 2017
612 Digər
Ölkə mətbuatı
A- A+

Martın 17-də müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub. Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin abidəsi ziyarət olunub. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.

Sonra Qusar rayon mərkəzləşdirilmiş kitabxanası qarşısında Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin “Çingiz dastanı” kitabının təqdimatı olub.


Mərasimdə çıxış edən Müdafiə naziri Zakir Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Qəhrəmanın atası Salman Qurbanov və digərləri Çingiz Qurbanova, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət,  onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Kitabın ilk nüsxəsi Milli Qəhrəmanın atası S. Qurbanova təqdim olunub. Bundan əlavə, kitabın nüsxələri Qusar rayonunun bütün orta məktəblərinə və kənd kitabxanalarına da hədiyyə edilib.


Sonra Qusar rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəmanımız Çingiz Qurbanovun 40 mərasimi keçirilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR