Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur

Sarkisyanın qəfil ölümü: Ermənistanda alternativ hökumət qurulur
18:03 17 Mart 2017
288 Digər
Ölkə mətbuatı
A- A+

Dünən “Sasna Çrer” qruplaşmasının “çörəkdaşıyan”ı Artur Sarkisyanın ölümü Ermənistanda seçkiöncəsi vəziyyəti kəskinləşdirib.

Publika.az
xəbər verir ki, Artur Sarkisyan ötən il İrəvanda polis alayı binasını tutan “Sasna Çrer” qruplaşmasına qida daşıdığı üçün həbs olunub. Sonradan sərbəst buraxılsa da, 31 dekabrda yenidən həbs olunub. İkinci dəfə həbs olunandan sonra Sarkisyan aclıq aksiyasına başlayıb. 25 günlük aclıqdan sonra onun səhhəti pisləşib. Dünən xəstəxanaya yerləşən Sarkisyan ölüb. Buna etiraz olaraq ermənilər dünən İrəvanda aksiya keçiriblər. Yeni aksiyaların olacağı gözlənilir.

“Azad demokratlar” partiyasından deputatlığa namizəd Anait Baxşyan Artur Sarkisyanın ölümünün Ermənistanda hakimiyyət dəyişikliyinin anonsu olduğunu deyib.

“Artuq Sarkisyan öz addımı ilə özünü əbədiləşdirdi. Onun ölümü hakimiyyətə davranışlarını təkrar gözdən keçirməsi üçün mesajdır. İnsanı ölümün kandarına qədər çatdırmaq əxlaqsızlıqdır. Ermənistanda hakimiyyətin dəyişməsi artıq qaçılmazdır. Bu üfunətli sistem çürüyüb. Arturun ölümü də hakimiyyət üçün çox pis xəbərdir”, - deyə o bildirib.

Erməni siyasətçi hakimiyyətin devrilməsi üçün insanları küçələrə çıxmağa səsləyib.

Erməni politoloq Aleksandr İskəndəryan isə A.Sarkisyanın ölümünün seçkilərə ciddi təsir etməyəcəyini hesab edir: “Əslində, belə ölümlər siyasətdə həmişə kataklizmlərə, dəyişikliklərə səbəb olur. Lakin Ermənistan reallığında bu mümkün deyil. Ciddi dəyişiklik olması üçün 100-200 min insan küçələrə çıxmalıdır. Əslində ölkədə ciddi sosial problemlər var və insanlar hər-hansı səbəb görə olursa, olsun, etiraz aksiyalarına çıxmağa hazırdırlar”.

“Lragir” saytı isə sosial şəbəkələrdə “Milli razılıq hökuməti”nin formalaşması haqda məlumatların yayıldığını yazıb.

Sayt qeyd edir ki, “Ohanyan-Raffi-Oskanyan” blokunun və digər siyasi partiyaların hakimiyyətə alternativ olaraq “milli razılıq hökuməti”nin yaradılmasında iştirak edə bilərlər.

“İndi hər şey Artuq Sarkisyanın dəfninin necə keçməsindən asılıdır. Hansı ki, bu dəfndə minlərlə insan iştirak edəcək”, - deyə sayt qeyd edib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191782.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR