Bakıda binanın su sayğacları oğurlandı - FOTO

Bakıda binanın su sayğacları oğurlandı - FOTO
18:05 17 Mart 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yaşayış binasının su sayğacları oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Belə ki, Hüseynbala Əliyev küçəsi 17 ünvanında yerləşən binadan 11 ədəd su sayğacı oğurlanıb. Sayğacların oğurlanmasından sakinlər evə su gəlməyəndə xəbər tutublar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edilib və araşdırma aparılır.
Polis Bölməsindən verilən məlumata görə, bu ilin əvvəlindən bugünə qədər Nəsimi rayonu ərazisindən 21 ədəd su sayğacı oğurlanıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR