Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum oldu

Dünya kubokunda turnikdə hərəkətlər üzrə finalçılar məlum oldu
18:27 17 Mart 2017
133 Dünya
Ölkə mətbuatı
A- A+

Bakıda davam edən idman gimnastikası üzrə Dünya kubokunda turniklə hərəkətlər üzrə yarışlarda təsnifat mərhələsi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, finala Yaponiya nümayəndələri Naoto Hayasaka və Şoqi Nonomura, xorvatiyalı gimnastlar Anton Kovaçeviç və Tin Srbiç, fransalı gimnast Edqar Bule, Litva gimnastı Tomas Kuzmikas, avstraliyalı Mitçel Morqans və sloveniyalı Alan Dimiç vəsiqə qazanıblar.

Azərbaycanlı gimnast Bense Talas 12.533 xal yığaraq finala çıxa bilməyib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/527298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR