x
Loading...

Novruz süfrəsi Bakı sakinlərinə neçəyə başa gəlir? - SORĞU

Novruz süfrəsi Bakı sakinlərinə neçəyə başa gəlir? - SORĞU
18:42 17 Mart 2017
217 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az "ACT Azərbaycan"ın  22 - 27 fevral tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Novruz bayramı yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və qışın bitməsi, yazın başlamasına həsr olunur. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Bəs Bakı əhalisi bu qədim bayramı necə qarşılayır ?

96 % Bakı sakini Novruz bayramını qeyd edir. Demək olar ki, əksər respondentlər bayramı evdə (88 %) və ailələri ilə birlikdə (85 %) qarşılayır.

Novruza maraq qatan isə bayram süfrəsinin müxtəlif təamlarla, xüsusilə şirniyyatlarla bəzədilməsidir. Bəs bu il paytaxt sakinlərinin bayram süfrəsini hansı təamlar bəzəyəcək ?

İlk olaraq Novruzu şirniyyatsız təsəvvür edə bilməyənlərdən başlayaq. Bu bayram hər on Bakı sakinindən doqquzunun süfrəsində paxlava olacaq (90 %). Demək olar ki, eyni vəziyyət şəkərbura ilə də yaşanacaq (89 %). Qoğalsevərlər isə nisbətən azdır (69 %). 41 % sakinin bayram süfrəsini həm də badambura bəzəyəcək.

Yeməklərdən isə plov (85 %) və dolma (41 %) hər bayram olduğu kimi bu bayram da aktuallıqlarını qoruyub saxlayacaq.

Bəs bu təamlara paytaxt sakinləri nə qədər xərc çəkəcək ?

Demək olar ki, respondentlərin tam yarısı (47 %) bayram süfrəsini ortaya çıxarmaq üçün 101-200 AZN-dən keçəcək. Bayram süfrəsini minimal xərclərlə (100 AZN və daha az) açmaq istəyənlər də az deyil (17 %). Nisbətən bahalı alış veriş etmək istəyənlər (201-400 AZN) isə 15 %-dir. Respondentlərin beşdə biri (21 %) Novruz süfrəsinə nə qədər xərc çəkəcəyi qərarına gələ bilməyib.

Sorğu 22 - 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/527300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR