UNEC-də Novruz şənliyi keçirilib

UNEC-də Novruz şənliyi keçirilib
18:44 17 Mart 2017
166 Digər
Ölkə mətbuatı
A- A+

Novruz bayramı münasibətilə UNEC-də universitetin Zaqatala filialı və Azərbaycan Maliyyə-İqtisad Kollecində silsilə tədbirlər keçirilib.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu il 70 illik yubileyi qeyd olunan UNEC-in rəssamı Arif Bektaşinin baharı əks etdirən əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi ilə başlayan Novruz şənliyində tələbələrin hazırladıqları bayram xonçaları nümayiş olunub.

 

Fakültələr arasında keçirilən “Ən yaxşı Novruz xonçası” müsabiqəsində Texnologiya və dizayn fakültəsinin hazırladığı Novruz atributlarını əks etdirən, zövqlə tərtib edilən xonçalar münsiflər tərəfindən yüksək qiymətləndirilib. Qaliblərə sertifikatlar təqdim olunub.

 

Novruz şənliyində UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR