Bakıda turizm agentliyindən maraqlı təklif: Həbsxanada bir gecə - FOTO

Bakıda turizm agentliyindən maraqlı təklif: Həbsxanada bir gecə - FOTO
18:52 17 Mart 2017
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, şirkət ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki, fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək. Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti qoyulub. 
 
"Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq. Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik", - deyə agentliyin elanında deyilir. 
 
Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə bilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527201.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR