Bakıda yerləşən turizm agentliklərindən biri maraqlı turpaket təşkil edir.
Publika.az baku.ws-ə istinadən xəbər verir ki, şirkət
ənənəvi səyahət paketlərindən sıxılanlara xarici ölkələrdə yerləşən
həbsxanalarda bir gecəlik turpaketlər təklif edir. Belə ki,
fərqlilik axtarışında olanlar bu təklifi dəyərləndirə biləcək.
Turizm agentliyinin təklifində yalnız təkbaşına səyahət şərti
qoyulub.
"Eyni tərz səyahətlər darıxdırıcı gəlir? O zaman Sizi 5 ulduzlu
otelə deyil, tək başına xaricdəki həbsxanada gecələməyə yollayırıq.
Ətraflı plan cızmaq üçün ofisimizdə yolunuzu gözləyirik", - deyə
agentliyin elanında deyilir.
Qeyd edək ki, bu qeyri-adi səyahət sosial şəbəkələrdə ciddi
müzakirələrə səbəb olub. Təklif əksər insanların diqqətini çəkə
bilib.