x
Loading...

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO

Milli Qəhrəman Çingiz Qurbanovun 40 mərasimi keçirilib - FOTO
19:22 17 Mart 2017
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub.

Əvvəlcə şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, o cümlədən Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi ehtiramla anılıb.

Sonra Qusar rayon mərkəzləşdirilmiş kitabxanası qarşısında Müdafiə Nazirliyinin nəşr etdirdiyi Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbaninin "Çingiz dastanı" kitabının təqdimatı olub.

Mərasimdə çıxış edən Müdafiə naziri Zakir Həsənov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Qəhrəmanın atası Salman Qurbanov və digərləri Çingiz Qurbanova, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə verilən yüksək qiymət,  onların ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlığını bildiriblər.

Kitabın ilk nüsxəsi Milli Qəhrəmanımızın atası S.Qurbanova təqdim olunub. Bundan əlavə, kitabın nüsxələri Qusar rayonunun bütün orta məktəblərinə və kənd kitabxanalarına da hədiyyə edilib.
Sonra Qusar rayon ictimaiyyətinin və hərbçilərin iştirakı ilə Milli Qəhrəmanımız Çingiz Qurbanovun 40 mərasimi keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/527306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR