x
Loading...

Enməyə hazırlaşan iki təyyarəni ildırım vurdu

Enməyə hazırlaşan iki təyyarəni ildırım vurdu
22:28 17 Mart 2017
188 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda "Atatürk" hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub.

Publika.az xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir.

İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib.

Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR