Zahid Qaralov dünyasını dəyişdi

Zahid Qaralov dünyasını dəyişdi
12:51 7 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Zahid Qaralov dünyasını dəyişib.

Bu barədə YAP-ın mətbuat xidmətindən ANS PRESS-ə bildirilib.

Qeyd edək ki, Zahid Qaralov məşhur 91-lərdəndir. Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirmişdir. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunmuşdur. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. O, Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.

Allah rəhmət eləsin!



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR