Lənkəranda evə basqın edildi: ev sahibi ağır yaralandı

Lənkəranda evə basqın edildi:  ev sahibi ağır yaralandı
00:29 18 Mart 2017
263 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda evə girən oğrular ev sahibini ağır yaralayaraq qaçıblar.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Xulmili kəndində, 1950-ci il təvəllüdlü Vahab Səfərov Xalıq oğluna məxsus evdə baş verib.

 

Ev sahibi oğrulara müqavimət göstərərkən küt alətlə başından vurulub. Hadisədən dərhal sonra yaralı Lənkəran Rayon Mərkəzi xəstəxanasına gətirilib. Güclü kəllə-beyin travması alan V.Səfərovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hələ ki hadisəni törədən şəxs və ya şəxslərin kimliyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR