x
Loading...

Lənkəranda evə basqın - 1 nəfər xəsarət aldı

Lənkəranda evə basqın - 1 nəfər xəsarət aldı
01:23 18 Mart 2017
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda evlərdən birinə basqın nəticəsində yerli sakin xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə rayonun Xolmili kəndində baş verib.

Belə ki, 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədib. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görən canilər, onun başına küt alətlə zərbə endiriblər.

Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR