Gədəbəydə qəza - 22 yaşlı sürücü ağır yaralandı

Gədəbəydə qəza - 22 yaşlı sürücü ağır yaralandı
01:48 18 Mart 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Axşam saatlarında Gədəbəy rayonunun Zəhmət kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, 1995-ci il təvəllüdlü yerli sakin Quliyev Hikmet Sübhan oğlunun sükanı arxasında olduğu "VAZ -2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneyə çırpılıb.

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Travmatologiya şöbəsinə yerləşdirilən sürücünün vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/191812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR