x
Loading...

Dik Advokat “Fənərbaxça”dan gedir

Dik Advokat “Fənərbaxça”dan gedir
02:44 18 Mart 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Dik Advokat mövsüm başa çatdıqdan sonra "“Fənərbaxça”nın baş məşqçisi postunu tərk edəcək.

 

APA-nın məlumatına görə, bu barədə hollandiyalı mütəxəssis superliqanın son turunda “Konyaspor”a məğlubiyyətdən sonra deyib.

 

“Qərarımı klub rəhbərliyinə artıq çatdırmışam. Mövsüm sonunda buradan ayrılacam, həmçinin məşqçilik fəaliyyətinə son qoyacam”, deyə D.Advokat bildirib.

 

Qeyd edək ki, 69 yaşlı D.Advokat mövsümün əvvəlində “Fənərbaxça”-ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Hollandiya millisi AVRO-2004-də bürünc medal, Sankt-Peterburqun “Zenit” klubu isə 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR