Moskva vağzalında bomba həyəcanı yaşandı

Moskva vağzalında bomba həyəcanı yaşandı
07:04 18 Mart 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Moskvanın Kursk dəmiryol vağzalında bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Moskva polisinin nümayəndəsi bildirib.

 

Əməliyyat tədbirləri nəticəsində vağzalda partlayıcı qurğu aşkar edilməyib.

 

Qeyd edək ki, bu gecə Moskvanın Kursk vağzalında partlayıcı qurğu olması barədə məlumat daxil olduqdan sonra təxminən 200 nəfər təxliyə edilib. Hazırda dəmiryol vağzalının fəaliyyəti tam  bərpa olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR