Nyu-Yorkda Tramp əleyhinə yürüş keçirildi

Nyu-Yorkda Tramp əleyhinə yürüş keçirildi
07:59 18 Mart 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkda Müqəddəs Patrik günü münasibətilə 150 min insanın iştirakı ilə yürüş keçirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yürüş iştirakçıları hökumətdən miqrasiya siyasətinə yenidən baxmağı tələb ediblər.

 

Yürüşdə Nyu-Yorkun meri Bill de Blazio, şəhərin polis komissarı Ceyms Onil və Nyu-York ştatının qubernatoru Endryu Kuomo iştirak ediblər.

 

“Hökumət ölkədə yaşayan insanları bir-birindən ayırmaq istəyir. Lakin Nyu-York – irlandiyalılar, italyanlar, yəhudilər, müsəlmanlarındır. Birimizə edilən hücumu hamımıza edilmiş hücum kimi dəyərləndiririk”, deyə E.Kuomo bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR