Pulu artıq eynəklə ödəmək olar

Pulu artıq eynəklə ödəmək olar
08:12 18 Mart 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Visa" beynəlxalq ödəmə sistemi kontaktsız ödənişlərin həyata keçirilməsi üçün eynək nümayiş etdirib. Söhbət bu yaxınlarda "SXSW" forumunda təqdim edilmiş günəş eynəyindən gedir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, ödəmə sisteminin mütəxəssisləri günəş eynəyini "NFC" çipi ilə təchiz ediblər. Bu çipin köməyi ilə ödəmə terminallarından informasiya oxunur.

Mütəxəssislər yeni ixtiranı çox yüksək qiymətləndiriblər, çünki sözügedən günəş eynəyi çimərlikdə pulqabı və pul kisələri barədə düşünmədən istirahət etməyə imkan verəcək. Ancaq bu eynəkləri islatmaq olmaz və onu itirmək arzu olunan deyil.

"Visa" şirkəti yeni həlli ilə ödəmə prosessorlarının aksessuar və bəzək əşyalarına tətbiqi ideyasına davam edib. Məsələn, bundan əvvəl alıcıların nağdsız alış-veriş etməsinə imkan verən bilərzik təqdim edilmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/526797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR