x
Loading...
.

“Xiaomi” Hindistanda 45 gündə 1 milyon smartfon satdı

“Xiaomi” Hindistanda 45 gündə 1 milyon smartfon satdı
08:27 18 Mart 2017
Ölkə mətbuatı
A- A+

Hindistan dünyanın ən sürətlə inkişaf edən smartfon bazarıdır və "Xiaomi" şirkəti bu bazarla bağlı ciddi planlara malikdir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Xiaomi"nin Hindistandakı səyləri özünü doğruldur və şirkət bu bazardakı nailiyyətləri ilə qürurlana bilər.
 
Belə ki, Hindistanda 1 milyondan çox "Redmi Note 4" smartfonu satılıb və temp azalmır. Söhbət real satışlardan gedir. 1 milyon smartfon cəmi 45 gün ərzində satılıb. Bu, o deməkdir ki, şirkət Hindistanda hər 4 saniyədə bir ədəd smartfon sata bilib.
 
"Xiaomi Redmi Note 4"lərin böyük hissəsi ilk gündə satılıb. Cəmi 10 dəqiqədə 250 000 ədəd smartfon öz sahibinin əlinə keçib.
 
Cihaz 5,5 düym "Full HD" displeyi, "Qualcomm Snapdragon 625" prosessoru və 4 100 mA/saat həcmli akkumulyatorla təchiz edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/526795.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR