Smartfonlar üçün akkumulyator var

Smartfonlar üçün akkumulyator var
08:42 18 Mart 2017
Ölkə mətbuatı
A- A+

Tayvanın smartfon istehsalçısı - "HTC Corporation" şirkəti müasir qurğuların tez enerji ilə doldurulması üçün portativ akkumulyator batareyası hazırlayıb. Rahat və kompakt olan akkumulyatorda qurğuları tez enerji ilə doldurmağa imkan verən "Qualcomm Quick Charge 3.0" texnologiyası tətbiq edilib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, müasir smartfon istifadəçiləri üçün akkumulyatorların tutumu ilə bağlı problem böyük əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, mürəkkəb müasir proqram təminatları, eləcə də video proqram və internetdən istifadə quraşdırılmış akkumulyatorların enerjisinin sürətlə sərf edilməsinə səbəb olur. Məhz buna görə Tayvan istehsalçısı "HTC" qurğularından istifadə edənlərin rahatlığı üçün elektrik şəbəkəsindən istifadə mümkün olmadığı halda qurğunun enerji ilə doldurulmasını təmin edən portativ enerjidoldurma qurğusu təklif edir.  

Məlumata görə, yeni "HTC" akkumulyatorunun çəkisi 180 qram, ölçüsü 10x6 sm, tutumu 10050 milliamper/saat təşkil edir. Smartfonu "USB" çıxışları vasitəsilə qoşmaq mümkündür. Enerjinin səviyyəsini 4 işıq diodunun göstərdiyi qurğunun qiyməti 65 dollara yaxındır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/526800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR