x
Loading...
.

Premyer Liqada yubiley ah-havası

Premyer Liqada yubiley ah-havası
09:23 18 Mart 2017
98 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

“Report”un məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində sonuncu futbol həftəsindəki görüşlər iki günü əhatə edəcək.

Turun açılış oyunu Gəncədə baş tutacaq. “Kəpəz”lə “Sumqayıt” ölkə çempionatları tarixində 15-ci dəfə qarşılaşacaq. Əvvəlki 14 matçın 4-də meydan sahibləri, 5-də isə qonaqlar qalib gəlib. Cari mövsümdə baş tutan 3 dueldən 2-si heç-heçə başa çatdığı halda, 1 oyundan sumqayıtlılar 3 xalla ayrılıbar. Gəncəlilər heç vaxt evdə “gənclər şəhəri” təmsilçisinə uduzmayıb.

Qonaqlar turnir cədvəlində də rəqibindən öndədir. “Sumqayıt” 25 xalla 5-ci, “Kəpəz” isə 21 xalla 7-ci pillədə qərarlaşıb.

Günün digər matçı “Bakcell Arena”da baş tutacaq. “İnter”lə keçirəcəyi ev oyunu "Neftçi" klubunun 80 illik yubileyi gününə təsadüf edəcəyindən görüş simvolik olaraq saat 19:37-də start götürəcək.

Bu kollektivlər indiyə qədər çempionatda 50 dəfə üz-üzə gəliblər. Bu oyunların 23-dən “Neftçi”, 13-dən isə “İnter” qalib ayrılıb. Meydan sahibləri son 5 matçdan 4-də qələbə qazandığı halda, qonaqlar son 3 səfərdən 3 xalla dönə bilməyiblər.

“İnter” 39 xalla 3-cü, “Neftçi” isə 23 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası. 23-cü tur

18 mart

16:00 “Kəpəz” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, İsgəndər Əliyev, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Füzuli Nəcəfov

Gəncə şəhər stadionu

İlk üç dövrə - 1:1, 0:0, 1:3

19:37 “Neftçi” – “İnter”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vüqar Bayramov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena”

İlk üç dövrə - 1:2, 2:1 və 3:1


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/191830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR