“Güzəştsiz mübarizə olacaq” - Diniyev

“Güzəştsiz mübarizə olacaq” -   Diniyev
10:17 18 Mart 2017
113 İdman
Ölkə mətbuatı
A- A+

“Hər bir oyun bizim üçün final matçına bərabərdir. Ona görə də “Sumqayıt”la görüşümüz çətin olacaq”.


Fanat.Az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.


O, Topaz Premyer Liqanın 23-cü turunda “Sumqayıt”la keçiriləcək oyun haqda fikirlərini bildirib: “Rəqib yaxşı komandadır. Həm onlara, həm də bizə Avropa Liqasına vəsiqə qazanmaq üçün xal lazımdır. Bu üzdən xal itirməməliyik. Futbolçular meydana çıxıb maksimum güclərini qoymalı və son nəticədə qələbə qazanmalıyıq. Bilirik ki, bu da çox çətin olacaq. Çünki dediyim kimi “Sumqayıt” da bura o məqsədlə gəlib. Güzəştsiz mübarizə olacaq”.


Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Sumqayıt” oyunu saat 16:00-da başlayacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-guztsiz-mubariz-olacaq-t56999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR