Bakı Nəqliyyat Agentliyi xüsusi hərəkət zolaqları ilə bağlı təlim keçəcək

Bakı Nəqliyyat Agentliyi xüsusi hərəkət zolaqları ilə bağlı təlim keçəcək
10:34 18 Mart 2017
174 Digər
Ölkə mətbuatı
A- A+

 

Paytaxtın nəqliyyat sistemində mühüm yenilik kimi dəyərləndirilən və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının əhəmiyyətini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bütün hərəkət iştirakçılarının bu zolaqlardan istifadə qaydalarına düzgün əməl etmələri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb.
 
 
Bu çərçivədə  martın 28-də “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlar” mövzusunda təlim təşkil ediləcək. Təlimdə paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərin məsul nümayəndələrinə xüsusi hərəkət zolaqlarının əhəmiyyəti, onlardan istifadə qaydaları izah ediləcək.  
 
 
Qeyd edək ki,  Bakı Nəqliyyat Agentliyinin paytaxtın nəqliyyat sisteminə gətirdiyi bu yenilik sərnişin avtobuslarının təhlükəsiz və fasiləsiz hərəkətinə imkan verəcək. Bu isə ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması baxımından olduqca vacib amildir. Artıq M.Füzuli küçəsində (Qış parkı boyunca) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilib, həmin zolaq müvafiq yol nişanları ilə təmin edilib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270169

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR