x
Loading...
.

Nazir bacısından inanılmaz HƏRƏKƏTLƏR: 1 milyonluq... - FOTO

Nazir bacısından inanılmaz HƏRƏKƏTLƏR: 1 milyonluq... - FOTO
11:08 18 Mart 2017
160 Dünya
Ölkə mətbuatı
A- A+

Hollandiya hökuməti tərəfindən “persona non grata” elan edilən Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın İstanbul Böyükşəhər Bələdiyyəsinin üzvü olan bacısı Nazmiye Sümeyye Sayanın qanunsuz olaraq 1 milyon 30 min lirəyə 3 tenderi “udması” üzə çıxıb.

Publika.az Türkiyə “Cümhuriyyət” internet portalına istinadən xəbər verir ki, nazirin 1989-cu il təvəllüdlü bacısı Nazmiye Sümeyye Sayana məxsus olan “DİGİMED Eğitim Danışmanlık ve Medya Hizmetleri Sanayi Ticaret Ltd” ailə şirkəti 2015-2016-cı illərdə Gaziosmanpaşa Bələdiyyəsinə məxsus 1 milyon 30 min lirəlik torpaq sahəsini qanunsuz olaraq ələ keçirib.

Türk mediasının yaydığı xəbərə görə, xanım nazirin atası Ramazan Sayan 2014-cü ildə “DİGİMED Eğitim Danışmanlık və Medya Hizmetleri Sanayi Ticaret Ltd” şirkətini 10 min lirəlik sərmayə ilə qurub.

Qeyd edək ki, Türkiyə qanunvericiliyinə görə Bələdiyyə sədri və ya üzvlərinin torpaq sahələrini alması və ya özəlləşdirməsi qadağandır. Buna görə həmin şəxslər qanunla cinayət məsuliyyəti daşıyır.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR