Joze Mourinyodan futbol dünyasını sarsıdan AÇIQLAMA

Joze Mourinyodan futbol dünyasını sarsıdan    AÇIQLAMA
11:17 18 Mart 2017
138 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo ötən həftə istefaya göndərilən "Midlsbro"nun baş məşqçisi Aytor Karankanın qovulması ilə bağlı danışıb. Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis İngiltərəni sarsıdacaq iddialar səsləndirib.


Bazar günü "Mançester Yunayted"in "Midlsbro" ilə oynayacağı səfər matçı öncəsi keçrilən mətbuat konfransında çıxış edən Mourinyo "Real"da birlikdə çalışdığı Karankanın istefaya göndərilməsi ilə bağlı jurnalistlərin israrlı suallarına cavab verərərək bildirib ki, həmkarının qovulmasını istəyən futbolçular olub: 


"Adlarını bilirəm. Amma uzun-uzadı müzakirə aparmaq istəmirəm. Karanka gələn mövsüm komanda aşağı liqaya düşürdü. Amma o, komandanı xilas etdi. İkinci mövsümündə komandaya "pley-off" oynatdı. 3-cü ildə Premyer Liqaya çıxartdı. Həqiqətən qovulmağı (ironiya ilə deyir) haqq edirdi". 


Qeyd edək ki, ispan mütəxəssis klubun yetirməsi olan Stüart Dovninqlə böyük mübahisə etmişdi. O, həmçinin argentinalı yarımmüdafiəçi Qaston Ramirezlə də yola getmirdi.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-joze-mourinyodan-futbol-dunyasn-sarsdan-t57000.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR