Azərbaycan Çempionlar Liqasına 3 vəsiqə qazandı

Azərbaycan Çempionlar Liqasına 3 vəsiqə qazandı
11:57 18 Mart 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Voleybol Konfederasiyası (CEV) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qadın komandalarının avrokubokdakı çıxışına əsasən tərtib olunan siyahıda Azərbaycan 4-cü pillədə qərarlaşıb.

Ötən ilki reytinqlə müqayisədə 10,67 xal itirən ölkəmizin əmsalı 282,66-ya bərabərdi. 2013/2014, 2014/2015 və 2015/2016 mövsümlərinə nəticələrinə görə tərtib olunan cədvəldə 1 il əvvəli mövqeyini qoruyan Azərbaycan yalnız Türkiyə (507,67), Rusiya (478,01) və Polşadan (290,99) geri qalır.

İlk "dördlük"də qərarlaşmağımız avrokuboklarda ən yüksək təmsilçisi sayına malik olmaq imkanı verir. Belə ki, siyahının lideri olan "dördlük" Çempionlar Liqasına 3, CEV kuboku və "Çelenc Cup"a 1 komanda göndərəcək. Qitənin ən nüfuzlu turnirində 3 klubdan ikisi birbaşa qrupdan mübarizəyə qoşulacaqsa, üçüncü yerin sahibi təsnifat mərhələlərində oynamalıdır.

Azərbaycan Super Liqasında isə ilk 2 yerin sahibi müəyyənləşib. Son matçların nəticəsindən asılı olmayaraq, "Telekom"la "Azərreyl" Çempionlar Liqasının qrupunda mübarizə aparacaq. Onlarla yanaşı, 3-cü pilləni təmin edən "Azəryol" da qitənin ən nüfuzlu klub turnirinin təsnifat mərhələsindən yeni avrokubok mövsümünə start verə bilər. Həmin dueldə uduzacaq komanda CEV kubokuna yollanacaq. Super Liqada mübarizəni 4-cü kimi davam etdirən "Lokomotiv" isə istəsə "Çelenc Cup"da debüt edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/527478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR