x
Loading...

Məxfi müharibə planı ÜZƏ ÇIXDI: düşməni 3 mərhələdə MƏHV EDƏCƏK DETALLAR

Məxfi müharibə planı ÜZƏ ÇIXDI: düşməni 3 mərhələdə MƏHV EDƏCƏK DETALLAR
12:48 18 Mart 2017
231 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın İŞİD-i məhv etmə planının detalları mediaya sızıb.

Publika.az
xəbər verir ki, Tramp Ağ Evə köçən kimi İŞİD-in tamamilə məhv edilməsi planının hazırlamasını üçün Pentaqona bir ay vaxt verib.

“NBC Nerws”un məlumatına görə, artıq həmin gizli plan hazırdır.

Lakin bunun Obamanın planından çox da fərqlənmədiyi deyilir. Sadəcə olaraq, bir daha şiddətli yanaşma var.

Gizli Plan üç ana mərhələdən ibarətdir.

1. Mosul və Rakkanın geri alınması üçün lokal güclərə dəstək olmaq.
2. İŞİD-in gəlir mənbələrini məhv etmək.
3. Azad edilən bölgələrdə sabitliyi təmin etmək.

Hərbi dairələr isə bu planı bəyənməyib. Hərbi Hava Qüvvələrinin keçmiş əməkdaşı, general Dave Deptule planın tam olmadığını deyib.

Onun sözlərinə görə, Tramp bu planla İŞİD-i tamamilə məhv etmək hədəfinə nail olmayacaq.

“İŞİD-i bir bədən olaraq düşünsək, bu planımızla onun sadəcə barmaqlarına və ayaqlarına hücum edirik”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR