Avropanı qorxuya salan təşkilat 59 il sonra BUNU EDƏCƏK: 8 aprel QƏRARI

Avropanı qorxuya salan təşkilat 59 il sonra BUNU EDƏCƏK: 8 aprel QƏRARI
13:18 18 Mart 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

Fransa və İspaniyada Bask ölkəsinin azadlığı üçün 59 ildir mübarizə aparan ETA terror təşkilatı 8 apreldə silahı buraxacağını açıqlayıb.

Publika.az
xəbər verir ki, bu barədə “Le Monde” nəşri ETA-nın üzvlərindən birinə istinadən yayıb.

İspaniya hökumətinin sözçüsü İnigo de Mendez de Vigo ETA-nın bu açıqlamasına ehtiyatla yanaşdıqlarını bildirib.

“2011-ci ilin dekabrından indiyə kimi ETA ilə bağlı mövqeyimi dəyişməyib. Təşkilat silahı buraxmalı və özünü ləğv etməlidir. Bu İspaniyada böyük əksəriyyətin arzusudur”, - deyə o bildirib.

Bask Muxtar Vilayətinin rəhbəri İnigo Urkullu da bildirib ki, silahsızlaşma ilə bağlı İspaniya və Fransa hökumətləri birlikdə çalışmalıdır.

ETAQ-nın siyasi qanadı olan və ləğv edilən Batasuna Partiyasının keçmiş lideri, hazırda Sortu Partiyasının baş katibi və EH Bildu Koalisiyasının sözçüsü Arnaldo Ortegi isə “İnanıram ki, İspaniya və Fransa ETA-nın silahı tamamilə təslim etməsinə mane olmaz” deyə bildirib.

Qeyd edək ki, ETA 1958-ci ildən etibarən İspaniyanın şimal-şərqində Bask bölgəsini azadlığı uğrunda savaşır. Təşkilat 900 nəfərin ölümündə ittiham olunur və Avropa Birliyi tərəfindən terror təşkilatı elan edilib.
ETA 2011-ci ildə silahlı birdəfəlik silahı buraxdığını açıqlayıb. Həmin vaxtdan etibarən ETA üzvü olduğu ittihamı ilə 140 nəfər həbs edilib, təşkilata aid çoxsaylı silah-sursat ələ keçirilib. Sonuncu dəfə 2016-cı ilin dekabrında Fransada 5 ETA üzvü həbs olunub. Həmçinin, torpağın altına basdırılmış silah-sursat tapılıb. ETA-nın silahlarının böyük qisminin Fransa toepaqlarında olduğu deyilir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR