Fransanın paytaxtı Parisdə ard-arda iki silahlı atışma baş verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisələrdən birincisi Orli hava limanında yaşanıb. Əsgərin silahını almaq istəyən bir şəxs mühafizəçilər tərəfindən güllənərək öldürülüb.
İkinci hadisə isə Parisin şimalında qeydə alınıb. Dələduz yol polislərindən birini yaralayaraq hadisə yerindən qaçıb.
Axtarışlar davam etdirilir. Hər iki hadisənin bir-biri ilə bağlılığının olması ehtimalı qeyd edilmir.