x
Loading...
.

Prezident İlham Əliyev: "Azərbaycanın dəyərləri bizim üçün hər şeydən üstündür"

Prezident İlham Əliyev: "Azərbaycanın dəyərləri bizim üçün hər şeydən üstündür"
14:22 18 Mart 2017
150 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zaman deyib.

Dövlət başçısı bildirib ki, 25 illik müstəqillik dövrü onu göstərdi ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər, o dövlətlərin gələcəyi var: "Azərbaycanın dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda - vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq vətəni ilə fəxr edir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/527513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR