Elektron sınaq imtahanları keçiriləcək

Elektron sınaq imtahanları keçiriləcək
15:54 18 Mart 2017
737 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlər üçün elektron sınaq imtahanları keçirəcək.

 

DİM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçiriləcək. 

 

 Elektron sınaq imtahanlarında  iştirak üçün abituriyentlərin qeydiyyat müddəti, imtahanda iştirak etmək qaydaları haqqında növbəti həftənin əvvəlində məlumat veriləcək. Elektron sınaq imtahanlarının martın sonu, aprelin ilk günlərində keçirilməsi planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/270196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR