Rusiya hərəkətə keçdi: böyük müharibə ilə ÜZ-ÜZƏ

Rusiya hərəkətə keçdi: böyük müharibə ilə ÜZ-ÜZƏ
16:33 18 Mart 2017
286 Digər
Ölkə mətbuatı
A- A+

Asiyada müharibə vəziyyəti getdikcə qıcıqlanır.

Publika.az
xəbər verir ki, Şimali Koreyanın nüvə silahı proqramını inkişaf etdirmək istiqamətində addımlar atmasından sonra, böyük güclər hərəkətə keçib.

ABŞ Dövlət katibi Reks Tillersen dünən Cənubi Koreyada səfəri zamanı Pxenyanı hərbi müdaxilə ilə hədələyib.

Dövlət katibi qeyd edib ki, Şimali Koreyanın silah proqramı bu ölkəyə hərbi müdaxiləni şərtləndirir.

ABŞ prezidenti Donald Tramp isə “Twitter”dən açıqlama yayaraq, bildirib ki, Şimali Koreya Amerika ilə illərdir oyun oynayır. Tramp Şimali Koreya təhlükəsinə qarşı Çinin yardım etmədiyini də bildirib.

Rusiya baş verən nüvə gərginliyinə münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini İqor Murqolov bildirib ki, Şimali Koreyanın nüvə raketini sınaqdan keçirməsindən sonra ABŞ və müttəfiqlərinin hərbi təlimlərə başlaması gərginliyi daha da artırır.

“Şimal-şərqi Asiyadakı vəziyyət bizi narahat edir”, - deyə o bildirib.

Beləliklə, Asiyada yaşanan böhrana dünyanın bütün super güclərinin daxil olduğu aydın görünür.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/191863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR