Rəqsanə qızına ad günü keçirir

Rəqsanə qızına ad günü keçirir
13:04 7 Yanvar 2015
695 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Rəqsanə İsmayılovanın qızı, modelyer Aysun İsmayılova 18 yaşını qeyd edəcək. Lent.az-ın məlumatına görə, ifaçının qızı özəl gününü paytaxt məkanlarının birində dostları ilə birgə keçirəcək.

 

R.İsmayılova Lent.az-a bildirib ki, o, qızının doğum günündə yanında ola bilməyəcək: “Bu gün qızımın ad günüdür. Amma onun yanında ola bilməyəcəm. Azərbaycandan kənarda işlərim var. Amma buna baxmayaraq onu təbrik edirəm. Həyatda çəkdiyim əziyyətləri Aysun mənimlə bərabər yaşayıb. O, mənə həm rəfiqə, həm dərdimi dediyim insan, ən sonda bacı olub. Mənim bütün çətinliklərimə dözüb, mənimlə gülüb, mənimlə ağlayıb. Həyatımda Allahın verdiyi ən böyük mükafatım Aysun olub, sonra Yağmur qızım. Çox şükür ki, qızım düşüncəli, ağıllıdır. Ən dəyərli varlığım, səni təbrik edirəm”.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR