Qız toyuna 2 gün qalmış sevgilisilə qaçdı

13:05 7 Yanvar 2015
121 Sosial
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda 20 yaşlı qız toyuna 2 gün qalmış evdən qaçıb. Bu barədə Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin rəisi, polis-mayoru Siyavuş Ağayev anspress-ə məlumat verib.

Onun sözlərinə görə, 23 sentyabr, 1995-ci il təvəlüdlü Simuzər Sabir qızı Əhmədova toyuna 2 gün qalmış evi tərk edib. O, nişanlısı ilə evlənmək istəmədiyini bildirib.

Aparılan axtarışlar zamanı qızın Bakı sakini olan Anar adlı şəxslə qaçdığı müəyyən edilib. Sonradan qız evlərinə qaytarılıb. Lakin toy ləğv edilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Siyəzəndə yaşayan 5 uşaq anası V.F.-nin həyətlərində işləyən ustaya qoşulub qaçması barədə xəbər yayılıb. Ötən ilin oktyabr ayında isə Şabranda 2 uşaq anası qonşu kişiyə qoşularaq qaçmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR